Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olundu

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin olunub. 

Yenicag.az-ın verdiyi görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz RPŞ-nin rəisi təyin olunub.

Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı RPŞ-nin rəisi təyin edilib./APA/