!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmaza güclü dolu düşdü - Dəymiş ziyan araşdırılır - VİDEO

!Reklam – Yazi

Xaçmaza güclü dolu düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri Bəxtiyar Osmanov məlumat verib.

B.Osmanov bildirib ki, yağıntı rayon mərkəzində və ətraf kəndlərdə müşahidə olunub.

Dolu 15 dəqiqə davam edib: “RİH nümayəndələri iş başındadırlar və dəymiş zərərin həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib, avtomobillərə, evlərə və o cümlədən obyektlər də ziyan görüb”.

Şöbə müdiri əlavə edib ki, bu gün saat 14:05-də başlayan dolu daha sonra güclü yağışa çevrilib.

www.yenicag.az

1811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv