Xaçmazda 26 yaşlı gənc intihar edib

Xaçmazda yerli sakin intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə Aşağıoba kəndində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Fuad Qeybulla oğlu Ağasıyev heyvanlar üçün istifadə edilən yardımçı tikilidə özünü asıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.