Xaçmazda 46 yaşlı kişi intihar edib

intihar-kishiBu gün Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qaraçaycek kəndində kənd sakini, 1970-ci il təvəllüdlü Hidayətov Bəxtiyar Bərkdəmir oğlu özünü yaşadığı evin birinci mərtəbəsində asıb. Meyit ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

İntiharın səbəbləri araşdırılır.
B. Hidayətovun 3 övladı var.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Yeniçağ.Az