Xaçmazda ağac avtomobilin üzərinə aşıb, ölən var – FOTO

3132d4b1fdcbe250570718e380deb4afXaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində qeydə alınıb.

“Moskviç” markalı avtomobilin üzərinə ağac aşması nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Qasımov Rasim Məmmədşah oğlu xəsarət alıb, avtomobildəki sərnişin – 1962-ci il təvəllüdlü Mahmudov Aslan Ağasəlim oğlu dünyasını dəyişib.