!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda ağır qəza: 3 yaralı – Foto

!Reklam – Yazi

bf6662d5ee071b75c5eed031c736e78bBu gecə Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gəndob-Yalama yolunun 26-cı kilometrliyində 27 BJ 936 dövlət nömrə-nişanlı, “VAZ 21012” markalı avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə olan 27 BB 655 dövlət nömrə-nişanlı, “QAZ 52” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində minik maşınında olan Xaçmaz rayon Mürşüdoba kənd sakinləri – 25 yaşlı İlham Hüseynov, 45 yaşlı Rövşən Əşrəfov və Sabiroba kənd sakini, 39 yaşlı Bəxtiyar Balaməmmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin hər 3-ü sərxoş olub, vəziyyətləri isə stabildir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində “VAZ” markalı minik avtomobili “QAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər(APA).

www.yenicag.az

1311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv