!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda ağır qəza – Ölən var

!Reklam – Yazi

qeza237Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib.

Qəndab-Yalama yolunun 33-cü kilometrliyində “Mercedes” və “Lada Priora” markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. Xudat istiqamətində hərəkətdə olan və Şəmkir rayon sakini 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi “Mercedes” yolun əks hərəkətli hissəsinə çıxıb.

Nəticədə qarşıdan gələn və 26 yaşlı Toğrul Məhərrəmov tərəfindən idarə olunan “Priora” ilə toqquşub. Zərbənin gücündən “Priora” yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. “Mercedes”in sükanı arxasında olan T. Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb.

Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Əzilmiş “Mercedes”dən yaralı sürücünü qəzaya şahid olmuş sakinlər çıxarıblar.

Qəzanın təfərrüatları araşdırılır.(ans)

 

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv