Xaçmaz rayonunda təcili tibbi yardım maşını yük daşınmada istifadə olunub.
Yenicag.az xəbər verir ki, fotodan da göründüyü kimi 90-JM-902 dövlət nömrəli ambulansda taxta daşınır.
Məsələni dəqiqləşdirmək üçün Təcili tibbi yardımla əlaqə saxladıq.
Sorğumuza cavab olarq bildirildi ki, məsələ araşdırılıb və bu xətaya yol verən sürücü artıq işdən uzaqlaşdırılıb.