Xaçmazda ata və oğul qəzaya düşdü – Ölən var

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdirilib. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.