!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda avtomobil ağaca çırpıldı-Fotolar

!Reklam – Yazi

478da129b0d2bcb2ddca9aa312e5fc0bBu gün səhər saatlarında Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mütəllimov İntizam Bahadur oğlunun idarə etdiyi 27 BB 610 dövlət nömrə nişanlı “VAZ 2101” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini – Xaçmaz şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Cəlil oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

A. Allahverdiyevə sol göz ətrafının hematoması, İ. Mütəllimova alının, hər iki əlin cırılmış yaraları və topuq oynaqlarının əzilməsi diaqnozu qoyulub.

Xaçmaz MRX-dan  verilən məlumata görə, hər iki şəxs ambulator müayinə olunduqdan sonra evə buraxılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv