Xaçmazda avtomobil velosipedçini vuraraq öldürdü

Xaçmazda avtomobilin vurduğu velosipedçi ölüb.

Yenicag.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Dusmətov Seymur Bəyəli oğlu Köhnə Xudat kəndi ərazisindəki yolda idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən velosipedçi, 1998-ci il təvəllüdlü Həmrayev Sənan Cəmaləddin oğlunu vurub.

Sənan Həmrayev hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-da cinayət işi başlanılaraq istintaq aparılır.

COP29