Xaçmazda batan uşağın meyiti Dərbənddə tapıldı

Xaçmazda dənizdə batan 11 yaşlı uşağın meyiti Dərbənddə tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 01.08.2019-cu il tarixində Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti 07.08.2019-cu il tarixində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.