Xaçmazda bədbəxt hadisə – Kişi hamamda ölü tapıldı

Xaçmazda 73 yaşlı kişi evində ölü tapılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin 28 may küçəsi, 7 saylı evdə qeydə alınıb.

Həmin evdə yaşayan, 1947-ci il təvəllüdlü Zeynalov Sabir Şahnəzər oğlunun meyiti oğlu tərəfindən hamamda aşkarlanıb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.