Xaçmazda daha 2 silah polisə təhvil verildi

Xaçmazda 2 ədəd sənədsiz silah polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 2 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.