Xaçmazda dərzi intihar etdi

Xaçmaz şəhər sakini intihar edib.

Yenicag.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Şərifov Əfqan Rüstəm oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

E.Şərifov rayonda dərzi fəaliyyəti ilə məşğul olub. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.