Xaçmazda ev kül oldu

Xaçmazda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Xaçmaz rayonu, Qusarçay kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü kül olub. Eləcə də otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.