Xaçmazda ev yandı

Xaçmazda 5 otaqlı ev yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun Müzəffəroba kəndində həyətyanı ərazidə yığılan 11 ton ot bağlamasının 10 tonu, ümumi sahəsi 120 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində pəncərə çərçivəsi 1 m² sahədə və ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Evin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.