!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda iki maşın toqquşub

!Reklam – Yazi

загруженное (1)Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mirzə Fətəli Axundov küçəsi ilə Məhəmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində qeydə alınıb. 27 BE 964 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomaşınla 12 BA 764 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşın toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz rayon sakinləri – 1993-cü il təvəllüdlü Rəsul Fərzəliyev, 1979-cu il təvəllüdlü Bayram Şıxəliyev və 1977-ci il təvəllüdlü Sevinc Qurbanovadır. Xəsarət alan şəxslərin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv