!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda iki maşın toqquşub

!Reklam – Yazi

images (1)Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz – Niyazabad yolunda qeydə alınıb. 90 KK 349 dövlət nömrə nişanlı “Opel” markalı və 10 DB 554 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Opel”də olan sərnişin – 1977-ci il təvəllüdlü, Xaçmaz rayonu, Qaradağlı kənd sakini Qəniyeva Xalidə Elxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv