Xaçmazda kişi dənizdə boğuldu

Xəzər dənizinin Xaçmaz rayonu ərazisində bir nəfər dənizdə batıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Niyazabad kəndi yaxınlığındakı çimərliklərin birində qeydə alınıb.

Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Pənah Əkbərov dənizdə boğulub.