Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb

images (1)Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Mollaburhan kəndində qeydə alınıb.

Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini, 1987-ci il təvəllüdlü Vüsal Səfərovun idarə etdiyi 27 BA 251 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır(APA).