Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşdü – Xəsarət alan var

Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, bir nəfər xəsarət alıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə rayonun “Vəlvələ” çay körpüsünün yatağında çadırlarda Yevlaxdan gələrək köçəri məskunlaşan qaraçılar arasında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini 2001-ci il təvəlludlü Süleymanova Dilbər Siyasət qızı qonşu çadırda məskunlaşan qohumları ilə mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report