Xaçmazda piyadanı maşın vurdu

96307e426fd2385f0dc1cb33607cdd64Xaçmaz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 33 kilometrində, Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 21011 markalı avtomobil Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Qurbanov Anar Əhliman oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan A. Qurbanov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.