Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb.
Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, hazırda 80 abonentin qaz təminatı dayandırılıb.
“Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə yaxın saatlarda bərpa işlərinə start veriləcək.