Xaçmazda yanğın – 50 hektar ərazi kül oldu

Xaçmazda taxıl sahəsi yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Moruqoba kəndində 50 ha biçilmiş taxıl sahəsi, 5 ədəd elektrik dirəyi qismən və əraziyə yığılmış 45 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı meşə zolağı və meyvə bağları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.