Xaçmazda yük maşını ağaca çırpılıb-Fotolar

117254f7ff61b017403374378a669c5cÖtən gün axşam saatlarında Xaçmaz-Quba yolunun 15-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

39 yaşlı Köhnə Xaçmaz kənd sakini Laçın Abdulkərimovun idarə etdiyi 99 GK 388 dövlət nömrə nişanlı, “Ford” markalı yük avtomobili idarəetməni itirərək yolun sol tərəfindəki ağaca çırpılıb.

Hadisədən dərhal sonra xəsarət alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı, sağ topuq oynağı nahiyəsinin və alnın sol tərəfinin cırılmış-əzilmiş yarası diaqnozu qoyulub.

İlkin ehtimala görə, qəzaya sürücünün içkili olması səbəb olub.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.