Xadimə işlədiyi evdən 24 min manat pul oğurladı

Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə iyulun 13-də rayon ərazisindəki mənzillərin birində seyfdən 10 min manat və 8 min avronun (14 min manat) oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xadimə, Bakı şəhər sakini R.Cabbarova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.