Türkiyədə qəribə hadisə baş verib.
Yenicag.az xəbər verir ki, 27 yaşlı qadın bacısı qızının ərinə qoşulub qaçıb.
Hadisə Adana şəhərində qeydə alınıb.
Xəyanətə uğrayan qız xalasından 6 yaş kiçikdir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Sevgi S ilə Emrah S bir il öncə evləniblər. Bir müddət sonra əri ilə dalaşan Sevgi evdən ayrılıb.
Pusquda dayanan Gülsüm Ç adlı qadın isə bacısı qızının ərindən dalaşmasını fürsət bilərək onun həyat yoldaşına qoşukaraq qaçıb.
Bu azmış ki, xala bacısı qızına zəng edərək xoşbəxt olduğunu bildirməklə yanaşı, bir daha onları narahat etməməsini istəyib.