Xalası qızını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Seymur Məmməd oğlu Nəcəfov xalasının 2001-ci il təvəllüdlü qızına (N. A) 3 bıçaq xəsarəti yetirib.
Qız ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanası yerləşdirilib.
Hadisəni törədən S. Nəcəfov tutulub(apa)