Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az-ın məlumatına görə, sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abasova Aygün Elşad qızı
Səlimov Yalçın Ramiz oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Ağayeva Püstə Tofiq qızı
Məlikova Təranə Nadir qızı
Zeynalova Rəma Mais qızı.
Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar rəssam”
Bəşirov Taryer Ağaveyis oğlu
“Əməkdar mədəniyyət işçisi”
Şirəliyeva Asya Əlimövsüm qızı.