Xaləddin İsgəndərovla bağlı yeni İDDİALAR

1452000690_1408078247_sadsadVətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda iddia edilir ki, Binəqədi rayon icra hakimiyyətində yeni korrupsiya fakları aşkarlanıb.

İddiaya görə, Binəqədi rayon icra hakimiyyətinin başcısı Xaləddin İsgəndərov özenə yeni “kassir”müəyyən edib və görəvləndirib. Öncəki illərdə Rayon təsərüfat şöbəsinin müdiri Ədalət Rəcəbov bu işi üzərinə götürərək Xaləddin İsgəndərovun adından rayonu soyub talamaqla məşğul idisə, məlum bina yanğınından sonra Rəcəbov Ədaləthəbs edildi və onun yerinə Xaləddin İsgəndərovun Elşad adlı birini gətirdi qeyd edilməkdədir.

“İndi də Eışad adlı şəxs rayon əhalisinə “gün verib işıq vermir”. Həmin Elşad adlı şəxs başçının həm şoferi olan, həm də bacısı oğlu olan Araz adlı şəxslə əlbir olub rayonun az qala havasını da camaata sata”- qeyd olunan məlumatda daha sonra iddia edilir ki, onların özbaşına deyil məhs Xaləddin İsgəndərovun tapşırığı ilə hərəkət etdiyini hərkəs çox yaxşı bilir.

“Bu yaxınlarda Binəqədi rayonu 8 mkr ərazisində yerləşən “qızıl gül” resoranının yanındaki binanaın sakinlərinin uşaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan parkı dağıdaraq İsmayıl adlı bir sahibkara 300000 azn-ə satıblar. Həmin parkın yerində çox mərtəbəli yaşayış binası tikiləcəyi ilə bağlı məlumat verilib. Orada olan ağaclar və yaşıllıqlar da məhv edilib. Qeyd edək ki, Xaləddin İsgəndərovdan öncə rayona rəhbərlik etmiş Alı Qocayev həmin ərazidə yaşayan əhalini və onların körpələrini nəzərə alaraq həm yaşıllıqları qorumuş oldu həmçinin də həmin uşaqların asudə vaxtlarını keçirilməli olan yeri pula görə məhv etmədi”.

Yenicag.az