!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti adı alan Vidadi Əliyev: “Yaşamaq həvəsim artdı” - FOTO

!Reklam – Yazi

Prezident İlham Əliyevin sərəncamı ilə xalq artisti fəxri adına layiq görülən aktyorlardan biri də Vidadi Əliyevdir.

Yenicag.az-a açıqlama verən aktyor təəssüratlarını ifadə edib:

“Bu yaşımda fəxri ad almağım yaşamaq həvəsimi artırdı. Bu fəxri adı uzun illər istər teatr, istərsə də kinoda çəkdiyim əziyyətlərin bəhrəsi kimi qiymətləndirirəm. Sənət adamlarına, o cümlədən də mənə olan diqqət və qayğısına görə prezidentimizə dərin minnətdarlığımı ifadə edirəm. Eyni zamanda, Mədəniyyət naziri Əbülfəs Qarayevə və kinostudiyanın rəhbərinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 74 yaşlı aktyor 1967- ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyoru olub, 1988-ci ildən didərgin düşmüş teatrı bərpa edib və uzun illər həmin teatrın bədii rəhbəri kimi fəaliyyət göstərib.

O, 20-dən artıq bədii və qısametrajlı filmlərdə çəkilib, bir sıra filmlərin rejissoru olub, müxtəlif kino mükafatlarına layiq görülüb.

Vidadi Əliyev “SOY” prodakşının rəhbəri Oqtay Əliyev və tanınmış teleaparıcı Elçin Əlibəylinin atasıdır.

Cəvahir

www.yenicag.az

8553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv