Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub

скачанные файлы (1)Xalq artisti, Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı əməliyyat olunub.

Xalq artistinin bacısı İlhamə Səfərovanın verdiyi məlumata görə, xalq artisti martın 5-də Respublika Diaqnostika Mərkəzində onurğa sütunundan əməliyyat olunub: “Əməliyyat uğurla başa çatdı, hər şey qaydasındadır. İndi vəziyyəti yaxşıdır, danışır, reaksiya verir.

Xəstəxanadan nə vaxt çıxacağını hələlik bilmirik”.