!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti ağır xəstəlikdən əziyyət çəkən xanımından danışdı: “Ümidimizi üzmürük”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Arif Quliyev ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşından danışıb.

Yenicag.az-a açıqlama verən aktyor ailəsinin möhkəmliyinə görə, xanımına borclu olduğunu etiraf edib:

“40 ildən artıqdır ki, onunla bir damın altında yaşayırıq. O, mənə həm ana, həm bacı, həm də həyat yoldaşı olub. Ən ağır günlərdə bir-birimizə dəstək olmuşuq. Ailənin uzunömürlü olmasında qadının kişini anlaması çox vacibdir. Xanımım məni sözsüz, bir baxışdan anlayıb. Hələ yadıma gəlmir ki, bizim ailədə qısqanclıq üstündə söz-söhbət, dava-dalaş olsun. Bilirsiniz ki, aktyorun həyat yoldaşı olmaq asan iş deyil. Mənim bütün kaprizlərimə dözüb, bir dəfə də olsun hansısa səhvimi üzümə vurmayıb. Hətta xəstə olduğu vaxtlarda belə məni zərrə qədər də olsun incitməyib.

Xalq artisti xanımının səhhətindən də danışıb:

“Həyat yoldaşım bir neçə ildir ki, qaraciyər serrozundan əziyyət çəkir. Ağır xəstəlikdir, amma şükür Allaha, həkimlərin səyi nəticəsində səhhəti yaxşıdır. Təəssüf ki, bu xəstəlik tam sağalmır, mütəmadi müalicə olunur. Hər halda, ümidimizi üzmürük”.

Cəvahir

www.yenicag.az

2842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv