!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Amaliya səhnəmizin ən cazibədar aktrisası idi”

!Reklam – Yazi

Bu gün səhər dünyasını dəyişən Xalq artisti Amaliya Pənahovanın qəfil ölümü sənət dostlarını da sarsıdıb.

Yenicag.az-a açıqlama verən xalq artisti Rafiq Əzimov kədərini belə ifadə edib:

“Amaliya xanım hələ tələbə ikən teatrda fəaliyyət göstərib. Onun istedadını və gözəlliyini görən görkəmli rejissor Tofiq Kazımov onu Akademik Milli Dram Teatrına dəvət etmişdi. İlk dəfə “Sən həmişə mənimləsən” tamaşasında Nargilə obrazında çıxış edəndən sonra İlyas Əfəndiyev onun üçün silsilə səhnə əsərləri yazmışdı. Amaliya xanım həmin vaxtdan ən cazibədar aktrisa kimi adını teatr səhnəsinə əbədi yazdırdı. Ölümünə inana bilmirəm. Nəvəm zəng edib qəfil xəbəri mənə verəndə sarsıldım. Hələ də özümə gələ bilmirəm. Səhnəmiz onun timsalında böyük aktrisanı itirdi”.

Cəvahir

www.yenicag.az

4032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv