Xalq artisti: “Anam bu xəbəri eşidəndə ağladı”

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alanlar arasında Nübar Novruzova da var.

Xalq artisti adına layiq görülən aktrisa sevincini Yenicag.az-la bölüşüb:

“Xalq artisti fəxri adını çoxdan gözləyirdim. Bu xəbəri eşidəndə sevincimdən qışqırdım. Anam məndən də çox bu günü gözləyirdi. Bayaqdan durmadan ağlayır. Ana üçün övladının xoş gününü görməkdən gözəl nə ola bilər? İllərimi səhnəyə verdim. Bundan qürur duyuram. Başda prezidentim olmaqla, məni bu fəxri ada layiq görən hər kəsə minnətdaram”.

Cəvahir

COP29