Xalq artisti: “Atam buna görə məndən imtina etdi” – VİDEO

Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı keçmişi ilə bağlı maraqlı etiraflar edib.

Yenicag.az xəbər verir ki, illərin sənətkarı atasının onun aktyor olmasına qarşı çıxdığını bildirib:

“Əslində başqa bir yerə qəbul olunmuşdum. Lütfi müəllim məni İncəsənət İnstitutuna gətirdi. Buna görə atam məndən imtina etdi. Mənə kömək etmədilər. Gecələr işləyirdim, gündüzlər oxuyurdum. O zaman tələbələr Dəniz Vağzalında ikinci iş yeri kimi çalışırdılar. Mən də orda müəyyən işlər görürdüm, yük boşaldırdım. Bir gün üçün 10-15 manat böyük pul idi”.

ARB-nin “Boş anlar” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru