Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xalq artisti: "Biz Prezidentimizin borcundan heç vaxt çıxa bilmərik”

Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün ikinci yaşayış binasının tikilib, təhvil verilməsi hər kəs tərəfindən sevinclə qarşılanıb.

Yenicag.az-a açıqlama verən xalq artisti Gülyanaq Məmmədova təəssüratını belə ifadə edib:

“Bu qədər işlərin çoxluğuna baxmayaraq ölkə Prezidenti hər bir vətəndaşını diqqət mərkəzində saxlayır. Növbəti addım media işçilərinin evlə təmin olunması oldu. Bu xəbəri eşidəndə çox sevindim. 255 jurnalist sevindi, yaşadığı çətin şəraitdən qurtuldu. Mətbuat IV hakimiyyətdir.

Ölkə Prezidentinin mediaya göstərdiyi qayğı və diqqət təqdirəlayiq hadisədir. İlham Əliyevin hər zaman jurnalistlərə qarşı qayğı və diqqəti hiss olunub. Dünyanın hansı ölkəsində vətəndaşını, sənətçisini, jurnalistini dəyərləndirən belə Prezident var? Vallah, yoxdur. Biz xoşbəxt xalqıq. İllərlə kirayələrdə qalan, əziyyətə qatlaşan bir çox media işçilərinin mənzillə təmin olunmasını alqışlayıram. Biz onun borcundan heç vaxt çıxa bilmərik. Mən ölkə Prezidentinə bu gözəl addıma görə təşəkkürümü bildirirəm və mətbuat işçilərini qarşıdakı Milli mətbuat günü münasibətilə təbrik edirəm. Bu təbriklərin bir hissəsi də Yenicag.az komandasına düşür. Hər kəsə uğurlar”.

Cəvahir

Yenicag.az

www.yenicag.az

497
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM