!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Bu sərəncam məni qürurlandırdı”

!Reklam – Yazi

Prezident İlham Əliyevin Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam yaradıcı heyət tərəfindən sevinclə qarşılanıb.

Yenicag.az-a açıqlama verən teatrın aparıcı aktyoru, xalq artisti Rafiq Əzimov təəssüratlarını bölüşüb:

“Bu sərəncam hər birimizin üzünü güldürdü. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanacaq. Bu sənət ocağı yüzillik yol keçib. Bizdən öncə bu teatrın səhnəsində görkəmli sənətkarlarımız çıxış edib, möhtəşəm tamaşalar hazırlanıb. 57 ildir ki, mən də bu teatrın səhnəsində müxtəlif tamaşalarda oynamışam. Bu gün də yeni rollarda çıxış edirəm. Bu sərəncam məni qürürlandırdı, ruh yüksəkliyi yaratdı. Dövlət başçımızın bu sərəncamı sənət adamlarına, teatra göstərdiyi diqqət və qayğının davamdır”.

Cəvahir

www.yenicag.az

2218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv