!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti çoxmərtəbəli binanın damından yıxıldı - VİDEO

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Əjdər Həmidov film çəkilişlərinin birində başına gələn dəhşətli hadisədən danışıb.

Yenicag.az xəbər verir ki, aktyor həmin hadisəni Space Televiziyasında yayımlanan “Onda başladıq” verilişində qonaq olarkən xatırladıb:

“Film çəkilişi zamanı mənim əvəzimə kaskadyordan istifadə etdilər. O dama çıxanda rolikə ilişdi və havadan asılı qaldı. Onu üçüncü mərtəbənin pəncərəsindən çəkib içəri saldılar. Dedim ki, həmin kadra özüm çəkiləcəm. Rejissor razı olmadı ki, özün cəhənnəm, film yarımçıq qalar. Ürəyimdə qorxsam da, bunu etdim. Dama çıxanda qəfildən külək əsdi və məni fırlatdı, elə bildim ip qırıldı. Çox qorxdum, o qədər stress keçirdim ki, iki il xəstə yatdım. Bakını tərk etdim. Demək istəyirəm ki, aktyorlar öz mənafelərini heç vaxt sənətdən üstün tutmayıblar”.

Nehru

www.yenicag.az

6729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv