Xalq artisti: “Dedi o oğlandan başqa heç kimə ərə getməyəcəm” – Yenicag.Az

Reklam

Reklam

Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov xanımından danışıb.

Yenicag.az-a açıqlama verən illərin sənətkarı 80 yaşında gümrah qalmasına görə həyat yoldaşına borclu olduğunu bildirib: “Yaxşı həyat yoldaşı kişinin sərvətidir. Həyat yoldaşımla evlənəndə uzun müddət kasıb yaşamışıq. Bir dəfə də olsun mənə deməyib ki, filankəs bahalı xəz geyinir, mənə də al, yaxud da filankəsin bahalı daş-qaşından istəyirəm. Çətin günlərimizdə dözüb, mənə dayaq olub. Səhnədə əvvəlki cavanlıq şövqümün qalmasına görə xanımıma borcluyam”.

Aktyor xanımının qısqanması üçün heç vaxt əsas vermədiyini deyib: “Həyat yoldaşımla təhsil aldığım institutda tanış olmuşuq, elçi göndərəndə ailəsi vermək istəmirdi. Atası dedi ki, artistə qız vermərik. Amma qızı israr etdi ki, o oğlandan başqa heç kimə ərə getməyəcəm. Məcbur qalıb, evlənməyimizə razılıq verdilər. Toyumuzda məşhur sənətkarlar iştirak edib, masabəyi də Həsən Seyidbəyli idi. Xanımım bu illər ərzində məni yersiz qısqanclıqlarla da bezdirməyib. Çünki bilirdi ki, aktyorla ailə qurur və mənim səhnədə tərəf müqabillərim, eləcə də pərəstişkarlarım olacaq. Amma mən də qıcqanması üçün əsas verməmişəm”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1610
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.