!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti doğum günündə KÖVRƏLDİ: “Bundan böyük xoşbəxtlik ola bilməz” - FOTO

!Reklam – Yazi

“Doğum günümdə ən böyük hədiyyəmi aldım…”

Bunu bu gün doğum gününü qeyd edən tanınmış aktyor, Xalq artisti Şamil Süleymanlı Yenicag.az-a təəssüratlarını bölüşərkən deyib.

Aktyor dünən doğulub boya-başa çatdığı Şuşadan qayıtdığını və doğum günündə aldığı hədiyyələrdən danışıb.

Sevincindən qəhərlənən aktyor göz yaşına sahib ola bilməyib:

“Ən böyük hədiyyəni 2020-ci ildə əziz prezidentim etdi, doğma Şuşamı özümə qaytardı, həsrət bitdi. Bu doğum günümdə də məni ilk təbrik edən prezidentim oldu, məni fərdi təqaüdlə müjdələdi. Dünən də Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında idik. Doğma şuşalılarımın əhatəsində idim. Rəssamlar İttifaqının üzvü, fəxri mədəniyyət işçisi Rövşən Bayramov Şuşadakı evimizi və küçəmizin şəklini çəkib hədiyyə etdi. Küçənin axırındakı qırmızı damlı ev bizimdir. Çox xoşbəxtəm.

İlk dəfə Şuşaya Firəngiz Mütəllibova ilə gedəndə qəhər bizi boğmuşdu, ağlamışdıq. Amma indi Şuşaya gedəndə sevincimizdən uçmağa qanad axtarırıq. Şuşamız necə də böyüyüb, gözəlləşib. Bundan böyük nə xoşbəxtlik ola bilər axı…”

Cəvahir

www.yenicag.az

1072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv