Xalq artisti doğum günündə KÖVRƏLDİ: “Onun ölümü ilə barışa bilmirəm”

“Hər il ilk hədiyyəmi ondan alırdım. Gecə saat 12 tamamda məni gül-çiçəklərə qərq edirdi. Amma bu gecə gözümü yolda qoydu. İndi mənə hədiyyə olunan çiçəkləri onun məzarı üstə aparacam və deyəcəm; həmişə mənə gülləri sən gətirirdin, bu dəfə mən sənə gətirdim”.

Bunudoğum günündə kövrələn tanınmış rəqqasə, Xalq artisti Təranə Muradova Yenicag.az-a açıqlamasında deyib.

İki ay öncə həyat yoldaşını itirən rəqqasə xoş günündə ürəyinin açılmadığını deyərək, kədərini bölüşüb:

“Onsuz çox ağırdır, hələ özümə gələ bilməmişəm. Onun ölümü ilə barışa bilmirəm. Biz bir-birimizə can deyib, can eşidirdik. 38 il bərabər yaşamışıq, bu müddət ərzində ondan zərrə qədər də olsun inciməmişəm. Onunla xoşbəxt həyat yaşamışam, bu ömrü o mənə yaşadıb. Bu həyatda doğmasını itirmək qədər ağır heç nə yoxdur. Amma neyləyim, bu acı ilə yaşamağa məcburam. Çünki övladlarım, nəvələrim var, onlara görə həyatım davam edir”.

Cəvahir