Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, sənətçi bu gün yaşadığı ölkədə – İsraildə 85 yaşında vəfat edib.
Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev “Facebook” hesabında məlumat verib.
Qeyd edək ki, Teymur Mirzəyev 1961-ci ildə “Qaya” estrada-simfonik orkestrini yaradıb, onun bədii rəhbəri və solisti olub. Həmin dövrdə “Qaya” bütün dünyada məşhur qrup kimi tanınıb.
Cəvahir