“İki müğənniyə haqqımı heç vaxt halal etmərəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, “Lalə” qızlar ansamblının rəhbəri Ceyran Haşımova “O üz” verilişində deyib.
Bir çox xalq artistlərinin tanınmasında böyük əməyi olan illərin sənətkarı yetirmələri barədə danışıb. Onlardan ikisini – Xalq artisti Nisə Qasımova və mərhum müğənni Nəzakət Məmmədovanın ona nankorluq etdiyini və buna görə də heç vaxt onlara halallıq verməyəcəyini bildirib:
“Nisə Qasımova da, Nəzakətə də halallıq vermirəm. Nisədən də çox Nəzakətə. Mən onun övladı doğulanda getdim xəstəxanaya, dəstək oldum, evə gətirdim. Amma o mənə nankorluq etdi, özü də çox böyük nankorluq etdi. Gizlin-gizlin başqa yerlərə gedib oxudu. Zamanında da demişəm bunu. Onu ansamblımdan xaric etmişəm”.
Nehru