Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti hamını evinə çağırdı - Koronavirusa görə PULSUZ QONAQLIQ

Xalq artisti, tanınmış aktyor Arif Quliyev koronavirusa görə evdə qalan insanların vaxtını xoş keçirməsi üçün təklif irəli sürüb.

Yenicag.az-a açıqlama verən aktyor hər kəsi evinə dəvət edib:

“Karantin və izolyasiya tədbirlərinə görə evdə qalan insanlar var. Onların vaxtının maraqlı və xoş keçməsi üçün saytınız vasitəsi ilə çağırış etmək istəyirəm. Mən sosial şəbəkələrdən istifadə etmirəm, çünki başım çıxmır. Buna görə də kim istəyir gəlsin evimə, bir saatlıq yumordolu səhnəciyi videoya çəkib, sosial şəbəkələrdə paylaşsınlar, ya da efirə versinlər. İnsanlar bu çətin vaxtda gülüşə qərq olsunlar. Mənim də əlimdən bu gəlir, gəlin, sizi güldürüm. Pulsuz, təmənnasız gülüş qonaqlığı. Koronavirusa gülərək qalib gələk. Amma kim gəlsə, karantin qaydalarına əməl edərək icazə alsın, sonra”.

Cəvahir

www.yenicag.az

296
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100