Xalq artisti KÖVRƏLDİ: “Nə hisslər yaşadığımızı bir Allah bilir” – FOTOLAR

Xalq artisti Firəngiz Mütəllimova uşaqlıq və gənclik illərinin şahidi olan Şuşaya yollanıb.

Yenicag.az xəbər verir ki, aktrisa ata ocağına doğmaları ilə baş çəkib.

Şuşanı gəzərək fotolar çəkdirən Xalq artisti təəssüratını belə ifadə edib:

“Canım qardaşım, bacımla müqəddəs Şuşada. Vətəni sözlə, göstərişlə yox, ürəklə sevməliyik… Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin… Bu müqəddəs torpağa qədəm basarkən nə hisslər yaşadığımızı bir Allah bilir. Allah, sənə min şükürlər. Şuşa, sən azadsan”.

Aktrisa əlavə edib ki, qohumları ilə birlikdə Şuşada ermənilər tərəfindən dağıntılara məruz qalan evlərinə də baş çəkiblər.

Fotoları təqdim edirik:

Cəvahir