!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Məqsəd yerli serialları boğmaqdırsa…” - Əcnəbilər aktyorlarımızın çörəyinə bais olacaq?/VİDEO

!Reklam – Yazi

“Bu seriallarda çəkilən yüzlərlə aktyor evinə çörək aparır. Ölkə prezidentimiz də yerli serialların istehsalı üçün maliyyə ayırıb, artıq müəyyən inkişafa da nail olmuşuq. Əgər məqsəd yerli serialları boğmaqdırsa, yaxşı iş deyil”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, “Ata ocağı” serialının baş rol oyunçusu, tanınmış aktyor Qurban İsmayılov MTRŞ-nın qərarı ilə Azərbaycan telekanallarında yayımına start verilən əcnəbi serialları dəyərləndirərkən deyib.

Xalq artisti yerli serialların əcnəbi seriallara rəqabətdə uduzacağını düşünmədiyini bildirib. Aktyor hesab edir ki, televiziya kanallarından da çox şey asılıdır:

“Türkiyədə bu sahədə uzun illərdir ki, işlər görülür, serial bazarı inkişaf edib. Biz bu sahədə yeniyik. Təbii ki, müəyyən baxımdan fərqlər var. Yəqin ki, bu seriallar müəyyən vaxtlarda nümayiş olunacaq. İzləyicinin maraq dairəsindən asılıdır, istəyən o seriallara baxacaq. Amma mənə elə gəlir ki, bizimkilər elə öz seriallarımıza baxacaq. Əcnəbi seriallara baxmaq istəyənlər onsuz da kabel televiziyası ilə istədikləri seriallara baxırdılar. Düşünmürəm, elə böyük bir rəqabət yaranacaq. Hər halda, bizim üçün bir qədər çətin olacaq. Çalışıb daha da böyük uğurlara nail olmalı və inkişaf etməliyik ki, onlarla rəqabət apara bilək. Televiziya kanallarından da asılıdır. Onlar istəyəcəkmi ki, biz onlarla rəqabətə davamlı olaq? Axı seriallar üçün maliyyəni çox vaxt televiziya kanalları özləri ayırır. Ona görə də düşünürəm ki, telekanallarımız rəqabətə davamlı olmağımızı istəyəcəksə, onda rəqabətə hazır olacağıq. İstəməyəcəklərsə, başqa məsələ, o halda, vəziyyət fərqli olacaq.

Bu seriallarda çəkilən yüzlərlə aktyor evinə çörək aparır. Ölkə prezidentimiz də yerli serialların istehsalı üçün maliyyə ayırıb, artıq müəyyən inkişafa da nail olmuşuq. Əgər məqsəd yerli serialları boğmaqdırsa, yaxşı iş deyil”.

Cəvahir

www.yenicag.az

2824
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv