Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xalq artisti “Milyonçu qadın” oldu

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrında xalq artisti Natalya Şarovskinin yubileyinə hazırlıq görülür.

Teatrdan Yenicag.az-a bildirilib ki, aktrisaya yubiley hədiyyəsi olaraq Bernard Şounun “Milyonçu qadın” pyesinin premyerası təqdim olunacaq.

Tamaşada milyonçu qadın obrazında yubilyar özü çıxış edəcək.

Onunla yanaşı tamaşada Azərbaycanın əməkdar artistləri Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Mədinə Mullayeva, Zaur Terequlov, Nadir Abdurəhimbəyov və Fatimə Əliyeva iştirak edirlər.

Komediya janrında olan tamaşanı teatrın baş rejissoru xalq artisti Aleksandr Şarovski hazırlayır.

Tamaşanın premyerası mayın 19-da baş tutacaq.

Cəvahir

www.yenicag.az

4931