!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti nazirliyə səsləndi: “Bir qəpik də verməyəcəyəm”

!Reklam – Yazi

g mamedova azvisionXəbər verdiyimiz kimi, ötən ay Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlamışdı.

Adı borclular siyahısında olan tanınmışlardan biri də Xalq artisti Gülyanaq Məmmədovadır. O saytımıza açıqlamasında Vergilər Nazirliyini ittiham edərək, vergi borcunu ödədiyini, borclu olmadığını demişdi.

Üstündən bir ay vaxt keçsə də, Xalq artisti vergi borcunu ödəməyib.

G.Məmmədova AzVision.az–a açıqlamasında dövlətə olan borcunu imkansızlıqdan ödəyəə bilmədiyini deyib.

“Qanuni vergi borcum nədirsə, onu ödəyirəm. Yazılan 5200 manata gəldikdə isə onu ödəmək imkanım yoxdur. VÖEN-im nə vaxtdan aktivdirsə, o vaxtdan ödəyirəm. 5200 manatı isə ödəmək niyyətində deyiləm. Deyilən görə üstünə faiz gəlir. Buna baxmayaraq, heç maraqlanmıram da. Mənə ən çox təsir edən adımın vergidən boyun qaçıran müğənni kimi siyahıya salınmasıdır. Mən boyun qaçırmamışam axı. Bu ayın 20-də 3 aylıq vergi borcumu ödəyəcəyəm. 5200 manata gəldikdə isə bir qəpik də vermək fikrim yoxdur”.

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv